"Ukrayna münaqişəsi 3-cü dünya müharibəsinə doğru gedir" - Maduro

   "Ukrayna münaqişəsi 3-cü dünya müharibəsinə doğru gedir" -    Maduro
  08 Mart 2022    Oxunub:1769
Venesuela prezidenti Nikolas Maduro Ukrayna böhranından danışıb. AzVision.az xəbər verir ki, o, VTV telekanalının efirində çıxışı zamanı bildirib ki, Venesuela hökuməti Ukraynadakı münaqişənin Avropanın və dünyanın digər regionlarına yayılma ehtimalından dərin narahatdır.
Mediada nifrət kampaniyası və Rusiyaya qarşı sanksiyalar da buna yönəlib.

Kanada daha 10 rusiyalıya sanksiya tətbiq edib
- Avropada müharibə ehtimalından və bu silahlı qarşıdurmanın dünyanın digər regionlarına yayılmasından dərin narahatıq. Mediada ictimai nifrət kampaniyası başlanıb, həmçinin iqtisadi vəziyyətin pisləşməsinə yönəlmiş iqtisadi tədbirlər paketi, hərbi ssenarinin və hərbi əməliyyatlar "teatrı"nın Ukraynadan kənarda Avropaya, Avropadan isə planetin digər regionlarına yayılması hazırlanıb, - dövlət başçısı deyib.

Venesuela prezidenti ümid etdiyini bildirib ki, bu vaxtında edilən xəbərdarlıq “Qərbin və dünyanın ən mühüm liderlərini sarmış çılğınlığı dayandıra bilər”.

- Münaqişə hərbi nöqteyi-nəzərdən genişlənir və bu, üçüncü dünya müharibəsinə səbəb ola bilər. Artıq onun qlobal nəticələri var - neft, benzin və qazın qiymətlərinə, ərzaq, gübrə, nəqliyyat xərclərinə dağıdıcı təsir göstərir. Qlobal proseslər etibarsızlıqda, beynəlxalq münasibətlərin idarə olunmasında təsir olunur, - Maduro deyib.

Venesuela liderinin sözlərinə görə, Cənubi Amerika ölkəsinin hakimiyyət orqanları artıq inflyasiyaya və münaqişənin Avropada yayılmasının mümkün nəticələrinə nəzarət etmək üçün tədbirlər görür.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Venesuela  



Xəbər lenti