Həmçinin bəyanatda deyilir ki, Ukraynada baş verənlər “beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır, Avropa və qlobal təhlükəsizlik və sabitliyinə xələl gətirir”.
- BMT Baş Assambleyasının ötən həftə qəbul etdiyi qətnamə beynəlxalq ictimaiyyətin Rusiyanın təcavüzkar müharibəsinə qarşı həmrəy olduğunu göstərdi. Rusiya Belarusdakı rejim ilə can itkisi, yaralanma və dağıntılara görə məsuliyyət daşıyacaq, - bəyanatda deyilir.
Qeyd edək ki, Belarus hakimiyyəti dəfələrlə bəyan edib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında bir nəfər də olsun belarus əsgəri və ya hərbi texnikası iştirak etmir.
Tural Tağıyev
AzVision.az