Yanukoviçdən Zelenskiyə çağırış

Yanukoviçdən Zelenskiyə çağırış
  08 Mart 2022    Oxunub:1250
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Volodimir Zelenskiyə çağırış edib. AzVision.az xəbər verir ki, bununla bağlı yayılan müracitədə o, Ukrayna liderini nəyin bahasına olursa olsun qanı dayandırmağa çağırıb.
- Mən çox yaxşı başa düşürəm ki, sizin çoxlu "məsləhətçilər"iniz var, lakin şəxsən siz nəyin bahasına olursa olsun qanı dayandırmağa və sülh razılaşmasına nail olmağa borclusunuz. Ukraynada, Donbasda və Rusiyada sizdən gözlənilən budur. Ukrayna xalqı və sizin Qərbdəki tərəfdaşlar sizə minnətdar olacaqlar, – eks-prezident deyib.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üç raundu fevralın 28-i, martın 3-ü və 7-də Belarus ərazisində baş tutub. İkinci raundda tərəflər vətəndaşların təxliyyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər. Danışıqların dördüncü raundu yaxın gələcəkdə baş tutacağı bildiriir.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Prezident Vladimir Putin məqsədinin “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” olduğunu açıqlayıb. Müharibə "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi adı altında aparılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti