Böyük Britaniya yeni Rusiya sanksiyalarının anonsunu verdi

         Böyük Britaniya yeni    Rusiya sanksiyalarının    anonsunu verdi
  08 Mart 2022    Oxunub:1158
London gələn həftə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. AzVision.az xəbər verir ki, bu barədə "The Express" qəzeti Britaniyanın xarici işlər naziri Liz Trasa istinadən yazıb.
- Parlament qanunu bazar ertəsi, martın 14-də təsdiq edərsə, o zaman biz ayın 15-də yüzlərlə şəxsə sanksiya tətbiq edə biləcəyik, -
Tras deyib.

Qeyd edək ki, hazırda Böyük Britaniyanın sanksiyalar siyahısında 500-dən çox fiziki və hüquqi şəxsin adı var.

Tural Tağıyev
AzVision.az



Teqlər: Sanksiya   Rusiya  



Xəbər lenti