|
| "Krım və Donbas məsələsində uzlaşmaya hazıram" - Zelenski |
O qeyd edib ki, artıq 13 gündür vədlər eşidirlər.
- Ukraynada hava zərbələri nəticəsində və blokadaya alınmış şəhərlərdə hər bir insanın ölümündə günah təbii ki, Rusiya dövlətinin üzərinə düşür. Rusiya hərbçilərinin, cinayət əmrini verən və icra edənlərin üzərinə düşür. Bütün müharibə qayda-qanunlarını pozanlar. Ukrayna xalqını bilərəkdən məhv edənlər. Günah işğalçılardadır, lakin bunun məsuliyyəti 13 gündür qərbdə, hardasa kabinetlərində qərar verə bilməyənlərin üzərinə də düşür. Onların ki, şəhərlərimizi hava hücumlarından xilas etməyiblər. Bu bombalardan, raketlərdən qorumayıblar. Həmin şəxslər ki, blokadanın qaldırılmasına kömək etmir. Baxmayaraq ki, bacarırlar, - Zelenski gileylənib.
Prezident vurğulayıb ki, şəhərlərdə yüz minlərlə insan yaşamla ölüm arasında qalıb.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


