Ukrayna qaçqınları ilə bağlı sayt yaradıldı

Ukrayna qaçqınları ilə bağlı sayt yaradıldı
  08 Mart 2022    Oxunub:1356
Dünyanın 71 ölkəsində fəaliyyət göstərən Jooble iş axtarışı saytı Qərbi Avropada ukraynalı qaçqınların işlə təmin olunması üçün resurs yaradıb.
Bu barədə Jooble-nin mətbuat xidməti məlumat yayıb.

"Rusiyanın hərbi təcavüzü zamanı yüz minlərlə ukraynalı evlərini tərk etmək məcburiyyətində qalıb. İnsanların xaricdə tez iş tapması üçün Jooble komandası internet saytı yaradıb: https://helpukrainians.jooble.org" ,-deyə qeyd olunur.

Bildirilir ki, saytda işə qəbul üçün tələbə olunan sənədlər, Polşa, Macarıstan, Slovakiya, Rumıniya, Çexiya, Moldova və Almaniyada ukraynalıları işə götürülməsi ilə bağlı uyğun vakasniyalar haqqında məlumatlar yerləşdirilib.

Qeyd olunur ki, hazırda resursda Polşa, Slovakiya, Macarıstan, Çexiya, Almaniya, Moldova və Rumıniyadakı ukraynalılar üçün vakansiyalar mövcuddur. Vakansiyalar və digər ölkələr haqqında məlumatlar hər gün yenilənir.

AzVision.az


Teqlər:



Xəbər lenti