Belarus sərhədə "İskəndər"lər yığır? - VİDEO

         Belarus sərhədə "İskəndər"lər yığır? -    VİDEO
  08 Mart 2022    Oxunub:2145
Ukrayna mediası Belarusiyanın Kiyevə qarşı arzuolunmaz addımlara hazırlaşmasına dair məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar Qomel yaxınlığındakı Uritskoe kəndində çəkilmiş hərbi yük daşıyan avtomobil karvanına dair videonu buna misal kimi göstərirlər.
- "Zerkalo.io" Telegram kanalının məlumatına görə, onların yük yerində "İskəndər" raketləri üçün raket kormusparı olub. Videodan göründüyü kimi, karvanda xüsusi raket korpusları olan on yük maşını, eləcə də minik avtomobilləri və “V” işarəli yanacaq daşıyan maşınlar var, - məqalədə yazılıb.

Lukaşenko Putinə müraciət etdi: "Bizə S-400 verin"
Qeyd edək ki, bundan öncə Ukrayna mediası martın 8-də Belarusun Qomel şəhərində Qomel-Odd dəmir yolu stansiyası yaxınlığında Rusiya Federasiyasının hava-desant qoşunlarının texnikası olan qatar görünməsi barədə məlumat yaymışdı.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Belarus   Ukrayna  



Xəbər lenti