ABŞ-da benzin rekord səviyyədə bahalaşdı

   ABŞ-da benzin rekord səviyyədə bahalaşdı
  08 Mart 2022    Oxunub:1525
ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti dəfə Bayden adminstrasiyasını tənqid edib. AzVision.az xəbər evrir ki, o, ölkədə benzinin qiymətinin rekord dərəcədə artmasına amerikalılardan keçmiş prezidentləri üçün darıxıb-darıxmadıqlarını soruşaraq reaksiya verib.
- Son xəbərlər: "Tarixin ən yüksək benzin qiymətləri"! Artıq mənim üçün darıxırsınız?, - Tramp deyib.

BP Rusiyadan neft və qaz almayacaq
Tramp Bayden administrasiyasını Amerikanın neft və qaz hasilatına fəal dəstəkdən imtina edərək “yaşıl” enerjiyə üstünlük verdiyinə görə tənqid edir.

Xatırladaq ki, bu gün ABŞ-da yanacağın qiyməti kəskin şəkildə artıb. Amerikada qiymət artımı hər qallon üçün 4,17 dollara çatıb.

Yanacağın maya dəyərinə nəzarət edən Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, martın 8-nə kimi ABŞ-da bir qallon benzinin qiyməti 4,173 ABŞ dollarına çatıb - bu rəqəm tarixdə yanacağın ən yüksək orta qiyməti olub.

Qeyd edək ki, çərşənbə axşamı ABŞ prezidenti Co Baydenin Ukraynadakı münaqişə ilə əlaqədar Rusiya neftinin və digər enerji məhsullarının idxalına qadağa qoyacağını açıqlayacağı gözlənilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Benzin  



Xəbər lenti