Paşinyan Fransaya gedir

Paşinyan Fransaya gedir
  08 Mart 2022    Oxunub:1155
Ermənistanın baş naziri Nikol Paşinyan martın 9-da Fransaya işgüzar səfərə gedəcək. AzVision.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində baş nazir Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

- İki ölkənin rəhbərləri "Ambitions France Armenie" forumunda iştirak və çıxış edəcəklər. Tədbir zamanı Ermənistan və Fransa hökumətlərinin üzvləri müxtəlif sahələrdə əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələlərini müzakirə edəcəklər, - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti