"Aviasiyamız bu gün 32 hərbi obyekti vurub" - Rusiyalı general

   "Aviasiyamız bu gün 32 hərbi obyekti vurub" -    Rusiyalı general
  08 Mart 2022    Oxunub:1408
Bu gün Rusiya Aerokosmik Qüvvələrinin aviasiyası Ukraynada 32 hərbi obyekti vurub. AzVision.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov jurnalistlərə verdiyi açıqlamada deyib.
- Gün ərzində 32 hərbi obyekt Rusiya Aerokosmik Qüvvələrinin bombardmançı və hücum təyyarələri tərəfindən məhv edilib, - Konaşenkov deyib.

Belarus sərhədə "İskəndər"lər yığır? - VİDEO
General qeyd edib ki, onların arasında dörd komanda məntəqəsi, üç RLS, iki yanacaq anbarı, silah və hərbi texnikanın cəmləşdirildiyi 23 ərazi var.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Prezident Vladimir Putin məqsədinin “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” olduğunu açıqlayıb. Müharibə "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi adı altında aparılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  



Xəbər lenti