"Aİ Rusiyanın enerji idxalına qadağa qoymayacaq" - Borrel

   "Aİ Rusiyanın enerji idxalına qadağa qoymayacaq" -    Borrel
  08 Mart 2022    Oxunub:1541
Avropa İttifaqının(Aİ) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bu gün ABŞ-ın Rusiyaya tətbiq etdiyi enerji qadağasına münasibət bildirib. AzVision.az xəbər verir ki, o, oxşar addımı atmayacaqlarını bəyan edib.
- Avropa İttifaqı Rusiya enerji resurslarının idxalına qadağa qoymaq niyyətində deyil, - Borrel deyib.

ABŞ Rusiyadan neft və qaz idxalını dayandırdı
Qeyd edək ki, bir müddət öncə ABŞ Rusiyada neft və qaz idxalını dayandırdığını bəyan etdi. ABŞ prezidenti Jozef Bayden bununla bağlı çıxışında deyib ki, bu qərar hər iki partiya tərəfindən dəstəklənib.Prezident həmçinin onu da vurğulayıb ki, ABŞ Avropadakı müttəfiqlərinin Rusiyadan enerji idxalına qoyulan qadağaya qoşula bilməyəcəyini anlayır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Rusiya   Avropa-İttifaqı  



Xəbər lenti