Ukrayna kəşfiyyatı: "Artıq "Vaqnerçilər" də məhv edilir" - FOTO

      Ukrayna kəşfiyyatı:    "Artıq "Vaqnerçilər" də məhv edilir" -    FOTO
  08 Mart 2022    Oxunub:1750
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın Ukraynaya hücumunda iştirak edən “Vaqnerçilər”in bir qisminin məhv edilməsi barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, Ukrayna hərbi kəşfiyyatı rusların muzdluları da döyüşlərə atdığını bəyan edib.
- "Vaqnerçilər” artıq Ukrayna ərazisində məhv edilirlər. İşğalçı qoşunların ehtiyatlarını artıran Rusiya döyüşlərə özəl hərbi şirkətlərdən muzdluları da cəlb edir. Xüsusilə də məlumdur ki, “Liqa” ÇVK-nin (ÇVK “Vaqner”-red.) muzdluları artıq işğalçı ordusunun tərkibində Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak edirlər. Bunu, xüsusən də məhv edilmiş işğalçıların nişanları sübut edir, - məlumatda deyilir.



Onların bəzilərindən Suriyadakı döyüşlər zamanı istifadə olunduğu və üzərilərində ərəb, ingilis, fransız dillərində yazılı nümunələrin olduğu qeyd edilir. Həmçinin Suriya telefon nömrələri də tapılıb.

Belarus sərhədə "İskəndər"lər yığır? - VİDEO
Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi xatırladıb ki, "Vaqner" muzdlularla təchiz edilmiş Rusiya hərbi strukturudur.

- O, bir sıra münaqişələrdə, xüsusən Donbasda - Rusiya tərəfində, Suriyada - Putinin müttəfiqi diktator Əsədin tərəfində və Sudanda döyüş əməliyyatlarında iştirak edib, - kəşfiyyat xidməti qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  



Xəbər lenti