UNESCO Ukrayna ilə bağlı çağırış etdi

UNESCO Ukrayna ilə bağlı çağırış etdi
  08 Mart 2022    Oxunub:1519
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) növbəti dəfə Ukraynadakı münaqişə tərəflərini mədəni irs obyektlərinin qorunub saxlanmasını təmin etməyə çağırır və onlar üçün xüsusi işarələmə sisteminin tətbiqini planlaşdırır.
AzVision.az xəbər verir ki, müvafiq kommunike qurumun mətbuat xidməti tərəfindən yayılıb.

“Əsas vəzifə mədəni irs obyektlərinin və abidələrinin təyin edilməsi və onların beynəlxalq hüquqa əsasən qorunan ərazilər kimi xüsusi statusunun olmasını xatırlatmaqdır”, - təşkilatın baş direktoru Odri Azule bildirib.

Onun sözlərinə görə, təşkilat hazırda qəsdən və ya təsadüfi zədələnmənin qarşısını almaq üçün ərazilərin Silahlı Münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyasının fərqli Mavi Qalxan emblemi ilə qeyd olunmasını təmin etmək üçün Ukrayna nümayəndələri ilə danışıqlar aparır.

AzVision.az



Teqlər:



Xəbər lenti