Rusiya evakuasiya üçün "sükut rejimi" elan etdi

   Rusiya evakuasiya üçün    "sükut rejimi"    elan etdi
  08 Mart 2022    Oxunub:1041
Sabah Moskva vaxtı ilə saat 10:00-dan etibarən Rusiya "sükut rejimi" elan edəcək. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Moskva Ukraynanın bir sıra şəhərlərindən, o cümlədən Kiyevdən humanitar dəhlizlər təqdim etməyə hazırdır.

Rusiya Federasiyasının Ukraynadakı humanitar reaksiyalar üzrə idarələrarası əlaqələndirici qərargahının bununla bağlı bəyanatında Kiyevə ittihamlar da irəli sürülüb. İddia edilir ki, Ukrayna tərəfi dəhlizlərlə bağlı qaydalara riayət etmir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti