Paşinyan Fransaya gedib

 Paşinyan Fransaya gedib
  09 Mart 2022    Oxunub:983
Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib. AzVision.az xəbər verir ki, bu barədə baş nazirin saytı məlumat yayıb.
Qeyd edilir ki, Parisə gedən Ermənistan nümayəndə heyətinin tərkibində xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anahit Avanesyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və digər rəsmi şəxslər də var.

- “Ambisiyalar: Ermənistan-Fransa” forumu çərçivəsində iki ölkənin hökumət üzvləri müxtəlif sahələrdə əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələlərini müzakirə edəcəklər, - məlumatda deyilir.

AzVision.az



Teqlər: Fransa   Paşinyan  



Xəbər lenti