Ukraynanın iki şəhərində uşaq və qadınların evakuasiyası başlayır

   Ukraynanın iki şəhərində uşaq və qadınların evakuasiyası başlayır
  09 Mart 2022    Oxunub:1826
Bu gün Ukraynanın iki şəhərində evakuasiya həyata keçiriləcək. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
- Buçansk Şəhər Şurası sosial şəbəkələrdə paylaşım edərək bildirib ki, bu gün qadınlar və uşaqlar Buçanskla Vorzeldən Kiyev dəmir yolu vağzalına təxliyə ediləcəklər. Yerli sakinlərin təxliyyəsi saat 10:40-11:00-da Buçansk Şəhər Şurasının binasının qarşısından başlayır və avtobuslarla həyata keçiriləcək. Vorzeldə isə Kurortnaya 25, dəmiryol stansiyasının yaxınlığında olacaq. Vətəndaşlardan özləri ilə yalnız zəruri əşyaları götürmələri xahiş olunur, - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti