Daha bir rus kolonu məhv edilib - FOTOLAR

   Daha bir rus kolonu məhv edilib -    FOTOLAR
  09 Mart 2022    Oxunub:2377
Ukrayna mediası daha bir Rusiya hərbi kolonunun məhv edilməsi haqqında məlumat yayıb.AzVision.az xəbər verir ki, saytlar Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinad ediblər.
- Çerniqov vilayətində rus işğalçılarının hərbi texnikalarından ibarət kolonu məhv edilib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məhv edilmiş texnika ilə müvafiq fotoları paylaşıb.

Qeyd edilir ki, "Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiəsi rus işğalçılarını məğlub etməkdə davam edir". Xatırladaq ki, bundan əvvəl Xarkov vilayətində 93-cü motoatıcı briqadanın hərbçiləri Rusiya texnikasının karvanını darmadağın etmişdilər, - məqalədə yazılıb.









Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti