Rusiya Sumi şəhərini bombardman edib: 22 nəfər ölüb

   Rusiya Sumi şəhərini bombardman edib:    22 nəfər ölüb
  09 Mart 2022    Oxunub:1187
Rusiyanın ötən gün Ukraynanın Sumi şəhərinə endirdiyi aviazərbələr nəticəsində 22 dinc sakin ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Sumi Regional Hərbi İdarəsinin rəhbəri Dmitro Jivitski bildirib. Onun sözlərinə görə, aviazərbələr nəticəsində ölənlərin 3-ü uşaqdır:

"Rayon ötən gün 3 dəfə atəşə məruz qalıb. Bombardman nəticəsində daha 8 nəfər yaralanıb, 20 birmərtəbəli yaşayış evi dağılıb".

Qeyd edək ki, BMT-nin məlumatına görə, Ukraynada müharibənin başlamasından sonra 474 mülki şəxs həlak olub, 861-i isə yaralanıb.


AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti