Ərəb ölkələrinin rəhbərləri Baydenlə danışıqlardan imtina ediblər

   Ərəb ölkələrinin rəhbərləri    Baydenlə    danışıqlardan imtina ediblər
  09 Mart 2022    Oxunub:1557
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)liderləri ABŞ prezidenti Co Baydenlə telefon danışıqlarından imtina edib. AzVision.az xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.
Bildirilir ki, danışıq Ukrayna mövzusunda baş tutmalı imiş.

"Rubl artıq ABŞ sentindən də ucuzdur" - Bayden
- ABŞ Ukraynaya beynəlxalq dəstəyin təşkili və neftin qiymətini cilovlamağa çalışdığı bir vaxtda Ağ Ev rəhbəri Bayden ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin liderləri arasında telefon danışıqlarına dair uğursuz cəhdlər olub, - Yaxın Şərqdən olan və ABŞ rəsmiləri nəşrə bildiriblər.

Qeyd edilir ki, son zamanlar Səudiyyə Ərəbistanı və Əmirlik rəsmiləri ABŞ-ın Fars körfəzindəki siyasətini daha çox tənqid edirlər.

- Səudiyyəlilər Vaşinqtonla münasibətlərinin Bayden administrasiyası dövründə pisləşdiyinə işarə ediblər. Onlar Yəməndəki vətəndaş müharibəsinə müdaxilə etmək, İranın irəliləyişini nəzərə alaraq öz mülki nüvə proqramını inkişaf etdirmək üçün daha çox dəstək istəyirlər. Ər-Riyad həmçinin şahzadə Məhəmmədin ABŞ-da qanuni toxunulmazlığının olmasını istəyir, - xarici KİV məlum qalmaqalla bağlı yazıb.

Xatırladaq ki, ötən həftə Rusiyanın da daxil olduğu OPEC Qərbin çağırışlarına baxmayaraq, neft hasilatını artırmaqdan imtina edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Ukrayna   BƏƏ  



Xəbər lenti