Nümayəndələr Palatası Rusiyaya dair layihənin səsverməsini təxirə salıb
- Respublikaçılar qanun layihəsinin mətnində Rusiya və Belarusla normal ticarət əlaqələrinin dayandırılması ilə bağlı müddəanın yer almamasından narazı olduqlarını bildirdikləri üçün səsvermə təxirə salınıb, - məqalədə yazılıb.
Bundan əlavə, nəşrin məlumatına görə, qanun layihəsi Amerika tərəfinin “Rusiyanın Ümumdünya Ticarət Təşkilatındakı statusuna yenidən baxılması” üçün tədbirlərin qəbulunu, həmçinin “Maqnitski Aktı”na uyğun olaraq yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdə tutur.
Xatırladaq ki, dünən ABŞ prezidenti Co Bayden Rusiyadan ABŞ-a hər hansı enerji resurslarının ixracını qadağan edən fərman imzalayıb. Qadağa ABŞ-ın atom elektrik stansiyalarının əhəmiyyətli hissəsini idarə edən urana şamil olmaya bilər.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


