İlham Əliyev sabah Türkiyəyə gedir

  İlham Əliyev sabah Türkiyəyə gedir
  09 Mart 2022    Oxunub:1418
“Sabah Azərbaycan Prezidenti İlham Əliyev qonağımız olacaq”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, hazırda İsrail Prezidenti İsaak Hersok Türkiyədə rəsmi səfərdədir: “Bazar günü Yunanıstan Baş naziri gələcək. Onlarla müzakirəlrəimiz olacaq. Antalya diplomatiya forumunda da bəzi liderlərlə görüşlərimiz olacaq”.

Türkiyə lideri bildirib ki, indiyədək Ukraynadan 20 mindən çox xarici vətəndaş Türkiyəyə daxil olub: “Krım tatarları, Axıska türkləri, Azərbaycan türkləri, özbək, türkmən qardaşlarımız və digər ölkə vətəndaşlarının Ukraynadan təxliyəsinə yardımçı olduq”.


AzVision.az



Teqlər: Türkiyə   Azərbaycan  



Xəbər lenti