"Biz NATO-nu təhdid etmirik" - Zaxarova

   "Biz NATO-nu təhdid etmirik" -    Zaxarova
  09 Mart 2022    Oxunub:1396
"Rusiya heç vaxt NATO-nu təhdid etməyib və təhdid etmir, lakin Moskva alyansın qarşıdurma kursuna reaksiya verməyə bilməz". AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
- Biz artıq dəfələrlə demişik ki, Estoniya, Latviya, Litva, Polşa, Rumıniya, Bolqarıstan da daxil olmaqla, şərq cinahda NATO qruplaşmasının yaradılması açıq-aşkar təxribat xarakterli addımdır və bu Avropanın təhlükəsizliyinin möhkəmləndirilməsinə heç bir töhfə vermir. Açıq-aydın görünür ki, Rusiyanı cilovlamaq blokun yeni əsas məqsədinə çevrilib, - deyən XİN rəsmisi son günlər NATO-nun Şərqi Avropadakı sayını artırdığını xatırladıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   NATO  



Xəbər lenti