Nəşr “JPMorgan”ın hesabatına istinad edərək yazır ki, Rusiya karbohidrogenləri ABŞ-ın bütün idxalının 8%-dən çoxunu təşkil edir. Məqalə müəlliflərinin fikrincə, onlardan imtina “ən azı hardansa başqa enerji təchizatı gələnə qədər” qiymətlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.
Demək olar ki, eyni vaxtda Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar da oxşar bəyanatla çıxış edərək, Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyalarının qlobal neft bazarına “dəhşətli” təsir göstərəcəyini bildirib. O, qlobal iqtisadiyyatın tənəzzülə başlayan pandemiyadan təzəcə sağalmağa başladığını vurğulayır və Rusiya neftini əvəz etməyin son dərəcə çətin olacağını deyir.
Digər siyasətçilər, xüsusən Albaniyanın baş naziri Edi Rama da oxşar açıqlama verib. O qeyd edib ki, Rusiya karbohidrogenlərinə qismən belə embarqonun qoyulması Avropa və dünya iqtisadiyyatı üçün ölümcül nəticələri olacaq.
Tural Tağıyev
AzVision.az