Ərdoğanla İsaak Hersoqun görüşü başlayıb - YENİLƏNİB

 Ərdoğanla İsaak Hersoqun görüşü başlayıb -  YENİLƏNİB
  09 Mart 2022    Oxunub:2578
İsrail Prezidenti İsaak Hersoqun Türkiyəyə səfəri başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Prezidentini Beştəpə iqamətgahında rəsmi mərasimlə qarşılayıb.

AzVision.az xəbər verir ki, İ.Hersoq fəxri qaravul dəstəsinin önündən keçib.
Sonra iki ölkə prezidentlərinin təkbətək görüşü başlayıb. Danışıqlardan sonra liderlər birgə mətbuat konfransı keçirəcəklər.
***
16:10
İsrail Prezidenti İçxak Hersoq xanımı ilə birgə Türkiyəyə rəsmi səfər edib.

AzVision.az xəbər verir ki, bu barədə dövlətinin başçısının ofisi məlumat yayıb. Qeyd edilir ki, bu, İsrail Prezidentinin 2007-ci ildən sonra Türkiyəyə ilk səfəri sayılır.

- İsrail Prezidenti İçxak Hersoq, birinci xanım Mixal Hersoq ilə birlikdə indilərdə Ankaraya gəlib, - Prezident ofisinin açıqlamasında deyilir.

Prezident Ankaraya dövlət səfərinə getməzdən əvvəl deyib ki, İsrail Türkiyə ilə son illərdə enişli-yoxuşlu hala gəlmiş münasibətləri bərpa etməyə çalışacaq. Hersoq qeyd edib ki, "beynəlxalq nizamın sarsıdıldığı" şəraitdə region ölkələri arasında sabitlik və tərəfdaşlığın yaradılması vacibdir.

Tural Tağıyev
AzVision.az



Teqlər: İsrail   Türkiyə  



Xəbər lenti