Putin Misir lideri ilə Ukraynanı müzakirə edib

Putin Misir lideri ilə Ukraynanı müzakirə edib
  09 Mart 2022    Oxunub:1255
Misir prezidenti Əbdülfəttah əs-Sisi rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumata yayıb.
Bildirilir ki, Misir lideri Ukrayna böhranının həlli vasitəsi kimi dialoqun əhəmiyyətindən danışıb.

- Prezidentlər Rusiya-Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi aparıblar, Misir lideri dialoqun üstünlük təşkil etməsinin vacibliyini vurğulayıb. Misir vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün böhranın tezliklə siyasi həllinə yönəlmiş bütün diplomatik səyləri dəstəkləyir, - Misir lideri ofisinin rəsmi nümayəndəsi Bassam Rada deyib.

Qeyd olunur ki, Misir həm ikitərəfli, həm də çoxtərəfli fəaliyyətlə diplomatik səyləri dəstəkləməyə hazırdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti