Ukraynalı deputat sərhəddən keçərkən saxlanılıb

   Ukraynalı deputat sərhəddən keçərkən saxlanılıb
  09 Mart 2022    Oxunub:1327
Ukraynada deputat ölkədən qaçmaq istəyərkən saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edilir ki, əvvəllər “Xalqın xidmətçisi” partiyasından xaric edilən qalmaqallı deputat Yevgeni Şevçenko Ukraynada hərbi vəziyyət dövründə Polşa ilə sərhədi keçməyə cəhd edib.

Məşhur müğənninin ailəsi Ukraynadan qaçarkən saxlanıldı- VİDEO
- Nəticədə Ukrayna Təhlükəsizlik Xidməti onu sərhəddəcə saxlayıb. Daha sonra Şevçenkonu Kiyevə qaytarıblar. Qeyd edək ki, hazırda Ukraynada hərbi vəziyyət tətbiq edilib və bu o deməkdir ki, 18-60 yaş arası kişilərin ölkəni tərk etmək hüququ yoxdur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Deputat   Ukrayna  



Xəbər lenti