BMT: `İran kimi istəsə təyin edə bilər`

BMT: `İran kimi  istəsə təyin edə bilər`
  12 Aprel 2014    Oxunub:1274
İran BMT yanında daimi nümayəndəsi kimi istədiyi şəxsi təyin etmək hüququna malikdir.
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda BMT baş katibinin daimi nümayəndəsi Stefan Cüzarik qeyd edib.

“Tehranın bu posta kiminsə namizədliyini verməsi məsələsi bizim vəzifəmizə aid deyil. BMT-yə üzv olan hər bir ölkə öz daimi nümayəndəsini seçməkdə sərbəstdir” - deyə Cuzarik qeyd edib.

“ABŞ hökümətinin Həmid Əbu Talibə qarşı fikirlərinin təşkilatda necə qarşılandığı” sualına, Cüzarik cavab olaraq bildirib ki, ABŞ və İran arasında müzakirələr BMT-nin mənzil-qərargahından kənarda aparılır və millətlər təşkilatının bu müzakirələrə heç bir aidiyyatı yoxdur: “Sözsüz ki, biz ikitərəfli münasibətləri diqqətlə izləyirik və ümüd edirik ki, bu məsələlər tezliklə həllini tapacaq” - deyə BMT baş katibinin nümayəndəsi əlavə edib.

Qeyd edək ki, İran Həmid Əbu Talibi BMT yanında daimi nümayəndəsi təyin edib. Ağ ev bu təyinata qarşı çıxıb. Həmid Əbu Talib 2007-ci ildən bu vəzifədə çalışan Məhəmməd Kəzaini əvəz edib.


Teqlər:  





Xəbər lenti