"Uçuşa qadağa zonası Avropada genişmiqyaslı müharibəyə səbəb olar" - NATO

 "Uçuşa qadağa zonası    Avropada genişmiqyaslı müharibəyə    səbəb olar" -    NATO
  09 Mart 2022    Oxunub:2193
Ukrayna üzərində uçuşa qadağa zonasının tətbiqi NATO-nun iştirakı ilə Avropada genişmiqyaslı müharibənin başlanması demək olardı.

AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq Kiyevin çağırışına baxmayaraq, alyansın Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etməyi niyə nəzərdən keçirmədiyini belə izah edib:

"Uçuşa qadağa zonasına gəlincə, biz başa düşməliyik ki, bunu sadəcə elan etməkdən söhbət getmir, onu təmin etmək də lazımdır. Belə bir vəziyyətdə yeganə yol Rusiyanın hava hücumundan müdafiə sistemlərinə qarşı kütləvi hücumdur.

Biz Rusiyanın mövcud hava hücumundan müdafiə sistemləri şəraitində uçuşa qadağa zonası verə bilmərik. Bu, NATO ilə Rusiya Hərbi Hava Qüvvələri arasında birbaşa toqquşma olardı. Bu, nəinki Ukraynada müharibənin əhəmiyyətli dərəcədə genişlənməsinə gətirib çıxaracaq, həm də NATO üzvlərinin iştirakı ilə Avropada genişmiqyaslı müharibə riski yaradacaq”.NATO üzvlərinin iştirakı ilə Avropada genişmiqyaslı müharibə riski yaradacaq

Stoltenberq bildirib ki, bu, NATO üzvlərinin çətin qərarıdır: "Lakin biz çalışmalıyıq ki, münaqişə bitsin və onun yayılmasının qarşısını alaq”.

AzVision.az



Teqlər:



Xəbər lenti