Baş nazirin müavininə sui-qəsd

Baş nazirin müavininə sui-qəsd
  12 Aprel 2014    Oxunub:1617
İraqın İqtisadi məsələlər üzrə baş nazir müavini Saleh Əl - Mutlak və İraq parlamentinin deputatı Talal Əl – Zubaiyə sui-qəsd olunub.
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə zamanı siyasətçilər yüngül zədələrlə qurtula bilib.

Baş nazirin müavini və millət vəkilinin yer aldığı kortejə hücum Bağdadın qərbindəki Əbu Qreybdə törədilib. Hücum zamanı bir neçə mühafizəçi yaralanıb.

Ölkədə vəziyyətin sabitləşməsi üçün bütün cəhdlərə baxmayaraq İraq hökuməti hələ vəziyyəti tam nəzarəti altına ala bilmir. Mücahidlər və müxtəlif qruplar ölkə daxilində hər gün partlayışlar törədirlər.


Teqlər:  





Xəbər lenti