Ukraynada ölən dinc sakinlərin sayı - 37-si uşaqdır

   Ukraynada ölən dinc sakinlərin sayı -    37-si uşaqdır
  10 Mart 2022    Oxunub:1443
Rusiyanın hərbi müdaxiləsi nəticəsində fevralın 24-dən martın 8-dək Ukraynada 516 dinc sakin həlak olub, daha 908 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, məlumatları BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb. Qeyd olunub ki, ölənlərin 37-si uşaqdır.

BMT-nin təsdiqlənmiş məlumatlarına görə, ölənlərin 98-i kişi, 60-ı qadın, 9-u oğlan və 5- qızdır. Həyatını itirən 23 uşaq və 321 böyüyün cinsiyyəti hələ müəyyən edilməyib. Yerli sakinlər əsasən Rusiya ordusu tərəfindən atılan partlayıcı silahlar, o cümlədən ağır artilleriya və çoxsaylı raket hücumları, həmçinin raket və hava zərbələri nəticəsində vəfat edib.

AzVision.az


Teqlər: Ukrayna   BMT  



Xəbər lenti