Daha bir məşhur ukraynalı döyüşçü həlak oldu - FOTO

Daha bir məşhur ukraynalı döyüşçü həlak oldu -    FOTO
  10 Mart 2022    Oxunub:1352
Ukraynadakı döyüşlərdə daha bir məşhur hərbçi həlak olub. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, çərşənbə günü, martın 9-da əfsanəvi ukraynalı döyüşçü Yaşka Çıqankov Xarkov vilayətindəki İzyum uğrunda gedən döyüşlərdə həlak olub.

- Bu barədə ukraynalı jurnalist Yuri Butusov "Facebook"da məlumat verib. Butusov yazıb ki, "O bilirdi müharibə olacaq və qalib gələcəyimizə şübhə etmirdi. Və özünü xalqına qurban verdi".

Qeyd edək ki, Çıqankov müharibənin ilk günlərindən Donbasda döyüşüb və onun döyüş yolu haqqında bir sıra maraqlı məlumatlar yayılırdı.

Xatırladaq ki, bundan öncə Ukraynada gedən döyüşlər zamanı dünyanın məşhur pilotlarından sayılan Aleksandr Oksançenko da həlak olmuşdu.



AzVision.az



Teqlər: Pilot  



Xəbər lenti