Ukraynada deputat oğurlanıb

   Ukraynada  deputat oğurlanıb
  10 Mart 2022    Oxunub:1533
Ukraynada deputat yoxa çıxıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, deputat Leyla İbrahimovanın oğurlanması haqda informasiyanı Krım tatar xalq məclisinin üzvü İsgəndər Bariyev özünün "Facebook" səhifəsində yayıb.
- Onun sözlərinə görə, martın 10-da səhər saat 6-da rus işğalçıları Melitopolda Zaporojye Vilayət Şurasının deputatı Leyla İbrahimovanı naməlum istiqamətə aparıblar. Bariyev qeyd edib ki, “rus hərbi geyimli silahlı şəxslər Zaporojye vilayət şurasının deputatı, yerli Krım tatar xalqının nümayəndəsi, Melitopol şəhər diyarşünaslıq muzeyinin direktoru Leyla İbrahimovanın evinə soxulublar".
Onun sözlərinə görə ruslar deputatın evində də axtarış aparıblar, - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti