Kiyev uğrunda döyüş: Rusiyanın altı tankı və bir PDM-i məhv edilib

      Kiyev uğrunda döyüş:   Rusiyanın altı tankı və bir PDM-i məhv edilib
  10 Mart 2022    Oxunub:1425
Ukraynada ixrac edilməli olan “Stuqna” və “Korsar” daşınan raket kompleksləri Kiyev uğrunda gedən döyüşdə Rusiya ordusunun altı tank və bir piyada döyüş maşınını məhv edib.
AzVision.az xəbər verir ki, bu barədə müharibə müxbiri Andrey Tsaplienko Telegram kanalında məlumat verib. Qeyd olunub ki, səhər saatlarından Ukrayna hərbçiləri əks-hücuma keçib. Gecə çətin keçsə də, səhər döyüşlər davam edib.

Xatırladaq ki, Kiyevdə yerləşən “Luç” zavodu tank əleyhinə raket kompleksi olan “Stuqna” və “Korsar”ın istehsalını həyata keçirir.

AzVision.az


Teqlər: Kiyev  



Xəbər lenti