Lavrov: “Rusiya müharibənin həll təkliflərini Ukraynaya verib”

Belarus ərazisində aparılan danışıqlar alternativsizdir.

      Lavrov:    “Rusiya müharibənin həll təkliflərini Ukraynaya verib”
  10 Mart 2022    Oxunub:1141
“Rusiya danışıqların sonuncu raundunda Ukraynaya müharibənin nizamlanması ilə bağlı konkret təklifləri təqdim edib. Ukrayna Rusiyanın münaqişənin həlli layihəsini nəzərə alıb, cavab verəcək”.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, Qərb bütün prinsipləri tapdalayaraq Ukraynaya ölümcül silah göndərirlər: “Ukraynaya silahların çatdırılması təhlükəlidir. Hazırda Ukraynada hərbi əməliyyatlar plan üzrə davam edir”.

Nazir əlavə edib ki, Belarus ərazisində aparılan danışıqlar alternativsizdir. O, görüşdə humanitar məsələlərin müzakirə edildiyini bildirib.

AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti