Nazirlər Putinlə Zelenskinin görüşünü müzakirə ediblər

   Nazirlər    Putinlə Zelenskinin görüşünü    müzakirə ediblər
  10 Mart 2022    Oxunub:1414
Ukrayna xarici işlər naziri Dmitro Kuleba və rusiyalı həmkarı Sergey Lavrov iki ölkə prezidentləri Volodimir Zelenski və Vladimir Putinin mümkün görüşünü müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib.

"Hər kəs yaxşı bilir ki, prezident Putin heç vaxt təmaslardan imtina etmir. Biz istəyirik ki, bu təmaslar öz şəxsi maraqlarına görə deyil, bəzi konkret razılaşmaları düzəltmək üçün təşkil edilsin. Yeri gəlmişkən, biz bu gün bu mövzuya toxunduq... Ona (Kulebaya) xatırlatdım ki, əgər biz müəyyən əlavə dəyər əldə edə bilsək və problemi həll edə bilsək, həmişə görüşməyin tərəfdarıyıq.", - Lavrov deyib.

AzVision.az


Teqlər: Putin   Zelenski  



Xəbər lenti