""Sem dayı" Rusiya iqtisadiyyatını məhv edə bilməyəcək"- Rusiya XİN

  ""Sem dayı" Rusiya iqtisadiyyatını məhv edə bilməyəcək"-    Rusiya XİN
  10 Mart 2022    Oxunub:1485
"Rusiya artıq Qərb şirkətlərindən asılı olmayacaq".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib.

"Rusiya əmin olacaq ki, “heç bir Sem dayı” Rusiya iqtisadiyyatını məhv edəcək qərarlar qəbul edə bilməz. Amerikalılar Türkiyədən, Hindistandan, Misirdən, Cənub-Şərq Asiya ölkələrindən, hətta Çindən belə sanksiyalara riayət etməyi tələb edir. Belə böyük ölkələrə, belə böyük sivilizasiyalara hörmətsizliyi təsəvvür edə bilmirəm" - nazir bildirib.

AzVision.az


Teqlər: Rusiya   XİN  



Xəbər lenti