"Almırlar, almasınlar!" - Lavrov
// "Qərb neft və qazımızı almasa da olar, başqa bazarlarımız var"
Onun sözlərinə görə NATO-nun genişləndirilmə məsələlərində Moskvanın maraqlarını nəzərə almaması Rusiya üçün qəbuledilməzdir.
Lavrov Ukraynada bioloji silahların tətbiqi ilə bağlı Rusiyanın məlumatı olmasa da, ölkədə bioloji laborotoriyaların fəaliyyət göstərməsindən əminliyini ifadə edib.
- Ukraynada biloji silahın tətbiq edilib edilməməsiylə bağlı məlumatım yoxdur. Heç şübhəsiz ki, Ukraynada bu istiqamətdə aparılan eksperimentlər məhz bioloji silahların yaradılmasına yönəlib, - nazir deyib.
Nüvə müharibəsi ehtimalına gəlincə, Rusiya xarici işlər naziri "nüvə müharibəsinin başlayacağına inanmıram və inanmaq da istəmirəm" deyib.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


