Bu şəhərə Putinin adı veriləcək

Bu şəhərə Putinin adı veriləcək
  12 Aprel 2014    Oxunub:1602
Krımın moskvapərəst “Rus birliyi” partiyası Simferopol şəhərinə Putinin adının verilməsini təklif edib
AzVision.az Milli.az-a istinadən verdiyi xəbərə görə, Krımın moskvapərəst “Rus birliyi” partiyası Simferopol şəhərinə Putinin adının verilməsini təklif edib.

Bu təklif partiyanın Kerç şəhərində keçirilmiş mitinqində səslənib.

Kerçdə nümayişin keçirilməsi şəhərə Rusiya Nəqliyyat naziri Maksim Sokolovun səfər etməsinə təsadüf etmişdi.

Tribunadan çıxış edən şəhərin Krım tatarları icmasının nümayəndəsi “Simferopolun mərkəzi meydanında Putinə abidənin qurulmasını və Simferopol şəhərinə Putinin adının verilməsi” təklifini irəli sürüb.

Xatırladaq ki, bu ilin fevral ayında Krımda hökümət strukturları rusiyapərəst qüvvələrin nəzarəti altına keçmişdi.

Simferopolda martın 6-da Krım parlamentinin üzvləri yarımadanın Rusiyaya birləşdirilməsinə səs veriblər.

Krımın müstəqilliyi və Rusiya tərkibinə daxil edilməsi məsələsi BMT–də yalnız 11 ölkə tərəfindən dəstəklənib.



Teqlər:





Xəbər lenti