Qırğızıstan və Tacikistan sərhədində atışma: Ölən və yaralananlar var

   Qırğızıstan və Tacikistan sərhədində atışma:    Ölən və yaralananlar var
  10 Mart 2022    Oxunub:1151
Martın 10-da səhər saatlarında Qırğızıstan-Tacikistan sərhədinin Batken rayonunun Teskey kəndi yaxınlığında hər iki ölkənin sərhədçiləri arasında güclü silahlı toqquşma baş verib.
AzVision.az Qırğızıstan Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadla xəbər verir ki, ilkin məlumata görə, toqquşma nəticəsində 1 sərhədçi həlak olub, 30 hərbçi yaralanıb.

Hazırda Qırğızıstan və Tacikistanın sərhəd qurumlarının rəhbərləri arasında danışıqlar aparılır. Silahlı toqquşmanın baş verdiyi ərazidə sərhədlər müəyyən olunmadığından burada tez-tez müxtəlif səviyyəli qarşıdurmalar baş verir. Bu ərazidə sonuncu silahlı toqquşma bu il yanvarın sonunda olmuşdu.

AzVision.az


Teqlər: Sərhəd   Atışma  



Xəbər lenti