Ukraynada bu günə qədər 71 uşaq həlak olub

 Ukraynada bu günə qədər  71 uşaq  həlak olub
  10 Mart 2022    Oxunub:944
“Ukraynanın işğalı başlayandan son iki həftədə 71 uşaq ölüb, 100-dən çox uşaq isə yaralanıb”.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Lüdmila Denisova məlumat yayıb.

O qeyd edib ki, Jitomir vilayətinin Malin şəhərinə endirilən hava zərbələri nəticəsində 7 ev dağılıb, nəticədə 5 nəfər həlak olub.

Ombudsman həlak olanlar arasında bir 5 yaşlı, iki 2021-ci il təvəllüdlü uşağın olduğunu qeyd edib.

O, gecə boyunca Ukraynanın digər şəhər və qəsəbələrinin də atəşə məruz qaldığını, nəticədə qadınların və uşaqların həlak olduğunu vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Ukrayna   Uşaq  



Xəbər lenti