"Münaqişə nəticəsində Ukraynada 1506 nəfər ölüb" - BMT

   "Münaqişə nəticəsində Ukraynada 1506 nəfər ölüb" -    BMT
  10 Mart 2022    Oxunub:1180
Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya-Ukrayna münaqişəsi nəticəsində həlak olan mülki əhali ilə bağlı yenilənmiş məlumatları dərc edib.

AzVision.az xəbər verir ki, bu barədə BMT monitorinq missiyasının məlumatında qeyd edilib. Bildirilib ki, 2022-ci il fevralın 24-də səhər saat 04:00-dan martın 9-u gecə yarısına qədər (yerli vaxt) Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (UNHCHR) İdarəsi 1506 ölüm və ya ölüm faktını qeydə alıb.
Ukraynada mülki şəxslərdən 549 nəfəri ölüb, 957 nəfəri yaralanıb. Ölən 549 nəfərin 101-i kişi, 67-si qadın, 6-sı qız və 9-u oğlandır. O cümlədən cinsiyyəti bəlli olmayan 26 uşaq və 340 böyük də müqanişənin qurbanı olub.

Bundan əlavə, Donetsk və Luqansk vilayətlərində 608 faciəvi hadisə (123 ölü, 485 yaralı) qeydə alınıb. Belə ki, Ukrayna hökumətinin nəzarətində olan ərazidə 469 hadisə (99 ölü və 370 yaralı), nəzarət olunmayan ərazidə isə 139 belə hal (24 ölü və 115 yaralı) yaşanıb.

Ukraynanındigər bölgələrində (Kiyev, Kiyev, Çerkassı, Çerniqov, Xarkov, Xerson, Nikolayev, Odessa, Sumi, Zaporojye və Jitomir vilayətləri) və həin dövrdə hökümətin nəzarətində olan digər yerlərdə yaşanan faciələrdə 898 hadisə qeydə alınıb ki, nəticədə 426 nəfər ölüb, 472 nəfər yaralınıb.

Məlumatda qeyd edilib ki, qeydə alınan ölümlərin əksəriyyəti geniş təsir sahəsinə malik partlayıcı silahlardan, o cümlədən ağır artilleriyadan və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən atəşə tutulması, həmçinin raket və hava zərbələri nəticəsində baş verib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Rusiya   Ukrayna   BMT  



Xəbər lenti