G7 ölkələrinin görüşü Brüsseldə baş tutacaq

G7 ölkələrinin görüşü  Brüsseldə baş tutacaq
  12 Aprel 2014    Oxunub:1637
G7 ölkələrinin ikigünlük görüşü 4-5 iyunda Brüsseldə keçiriləcək.
AzVision.az yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Avropa komissiyasının rəsmi saytında bildirilir.

“Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ, Avropa Şurası və Avropa Komissiyasının sədrləri 2014-cü il, iyunun 4-5-də G7 formatında Brüsseldə görüşəcəklər”, - sənəddə qeyd edilir.

Xatırladaq ki, martın 24-də Avropa Şurasının sədri Herman van Rompey “Böyük səkkizlərin” 7 ölkəsinin Rusiyanın Soçi şəhərində nəzərdə tutulan sammitdə iştirak etməkdən imtina etməsini və görüşün G7 formatında Brüsseldə keçiriləcəyini bəyan etmişdi./APA/


Teqlər:





Xəbər lenti