Rusiya ordusu Ukraynanın 3000-ə yaxın hərbi obyektini məhv edib

   Rusiya ordusu Ukraynanın    3000-ə yaxın hərbi obyektini    məhv edib
  10 Mart 2022    Oxunub:1472
"Hərbi əməliyyat başlayandan bəri Rusiya silahlı qüvvələri Ukraynada 3000-ə yaxın hərbi obyekti məhv edib".

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında deyib.
"Ukraynanın hərbi infrastrukturuna hücumlar nəticəsində 2998 hərbi obyekt məhv edilib. Gün ərzində Rusiya operativ-taktiki aviasiyası tərəfindən 68 obyekt, o cümlədən Ukrayna silahlı qüvvələrinin komandanlıq və idarəetmə sisteminin iki obyekti, 12 logistika obyekti və üç “Osa” zenit-raket kompleksi vurulub", deyə Konaşenkov əlavə edib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti