"ABŞ Rusiyaya qarşı müharibə aparmayacaq" - Psaki

   "ABŞ Rusiyaya qarşı müharibə aparmayacaq" -    Psaki
  10 Mart 2022    Oxunub:1457
"Ukraynada qeyri-ənənəvi silahlardan istifadə olunsa belə, ABŞ ora qoşun göndərmək niyyətində deyil".

AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki birinfiqdə deyib.

"ABŞ qoşunlarını Ukraynaya göndərmək və Rusiyaya qarşı müharibə aparmaq - bizim bunu etmək niyyətimiz yoxdur".
Brifinq zamanı Psaki Amerika tərəfində kimyəvi və bioloji hərbi proqramların mövcudluğunu inkar edib və Rusiyanın belə imkanlara malik olduğunu müdafiə edib.

"Mən hipotetik vəziyyətlərə girmək fikrində deyiləm. İndi biz deyirik ki, onların belə potensialı və imkanları var. Mən də kəşfiyyat məlumatlarının təfərrüatlarına varmaq fikrində deyiləm. Amma prezidentin (ABŞ Co Bayden) ABŞ ordusunun Ukraynada Rusiyaya qarşı döyüşmək üçün göndərilməsi niyyəti dəyişməyib”, - deyə Psaki qeyri-ənənəvi silahlardan istifadənin Amerika administrasiyasının mövqeyinə yenidən baxacağı ilə bağlı suala cavab verərkən deyib.

AzVision.az



Teqlər: ABŞ   Ukrayna   Rusiya  



Xəbər lenti