Koronavirusa yoluxanların sayı 450 milyonu keçdi
Ən çox yoluxma halları ABŞ (78 647 682 nəfər), Hindistan (42 980 067 nəfər) və Braziliyada (29 138 362 nəfər) aşkarlanıb. Ölüm sayına görə də birinci yerdə ABŞ qərarlaşıb - 954 913 nəfər. Siyahıda ikinci sırada Braziliya (652 829 nəfər), üçüncüdə isə Hindistandır (515 459 nəfər).
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
AzVision.az
Teqlər: COVID-19







Vaxtında, Aydın, Lazımlı!


