Hindistan Ukrayna böhranına neytral qalacağını bəyan edib

Hindistan Ukrayna böhranına neytral qalacağını bəyan edib
  11 Mart 2022    Oxunub:1060
"Hindistan həm Rusiya, həm də Ukrayna ilə siyasi və iqtisadi əlaqələr saxlayır və buna görə də Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatına münasibətdə neytral mövqe tutur".
AzVision.az xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi deyib.

O, eyni zamanda vurğulayıb ki, Hindistan daimi olaraq tərəfləri sülh və dialoqa çağırır.

Xatırladaq ki, bu gün Çinin Baş naziri Li Keqiang da Ukraynadakı vəziyyətin tezliklə həll olunacağına ümid etdiyini bildirib və Pekinin bütün tərəflərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək niyyətində olduğunu deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Hindistan   Ukrayna   Rusiya  



Xəbər lenti