"Facebook" Putinə qarşı zorakılıq çağırışlarına qadağa qoymayacaq

      "Facebook"    Putinə qarşı zorakılıq çağırışlarına qadağa qoymayacaq
  11 Mart 2022    Oxunub:1605
Məşhur sosial şəbəkələr “Facebook” və “Instagram”ın idarəçiləri anormal qərar qəbul ediblər.
AzVision.az xəbər verir ki, "Reuters"in yaydığı məlumata görə, hər iki Amerika metaplatformalarında sosial media istifadəçilərinə müvəqqəti olaraq Ukraynaya müdaxilədə iştirak edən Rusiya hərbçilərinə qarşı zorakılıq çağırışı etməyə icazə verilib.

İcazə bəzi ölkələrə, xüsusən də Ukraynaya aid edilir. "Reuters" oxşar icazənin Rusiya Prezidenti Vladimir Putinlə və Belarus Prezidenti Aleksandr Lukaşenkoya dair çağırışlara da aid edildiyini yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Facebook   Rusiya  



Xəbər lenti