Rusiya ordusu Ukraynaya zərbələr vurmaqda davam edirlər.
AzVision.az xəbər verir ki, yerli media bu gün daha bir neçə mühüm obyektin raketlə dağıdılması barədə məlumat yayıb.
- Rusiya Ukraynada xüsusi hərbi əməliyyatlarını davam etdirir. Xarkov yaxınlığında Ukrayna Təhlükəsizlik Xidmətinin binasının dağıdılması ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, Rusiya Federasiyası Silahlı Qüvvələri Xarkov vilayətinin Çuqev şəhərində yerləşən Ukrayna Təhlükəsizlik departamentini hədəf alaraq bura raket hücumu həyata keçiriblər.
Artıq sosial şəbəkələrdə hücumun nəticələrini əks etdirən görüntülər də yayılıb. Qeyd edək ki, hazırda yaranmış xaotik vəziyyətə və operativ məlumatların böyük axınına görə hər cür informasiya təxribatları və saxta məlumatların yayılması da istisna edilmir, - məqalədə yazılıb.
Tural Tağıyev
AzVision.az