Rusiya səfirliklərinin yerləşdiyi küçələrə “Ukrayna Qəhrəmanları Küçəsi” adı verilib

Rusiya səfirliklərinin yerləşdiyi küçələrə  “Ukrayna Qəhrəmanları Küçəsi”  adı verilib
  11 Mart 2022    Oxunub:1204
Rusiyanın Litva və Latviyadakı səfirliklərinin yerləşdiyi küçələrin adı dəyişdirilib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Vilnüs və Riqadakı məlum küçələri Ukraynaya dair adlandırılıb.

- Küçələr indi "Google" xəritələrində müvafiq olaraq “Ukrayna Qəhrəmanları Küçəsi” və “Ukraynanın Müstəqillik Küçəsi” kimi qeyd olunub,- məqalədə yazılıb.

Xatırladaq ki, Vilnüs meri Remigius Şimasius bir müddət əvvəl Rusiyanın Litvadakı səfirliyinin yerləşdiyi küçənin adının dəyişdirilərək “Ukrayna qəhrəmanları küçəsi” olacağını bildirmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti