Roqozin Facebook səhifəsini silib

Roqozin Facebook səhifəsini silib
  11 Mart 2022    Oxunub:870
“Roskosmos”un baş direktoru Dmitri Roqozin "Facebook" səhifəsini silib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İddia edilir ki, buna səbəb bir müddət öncə Facebook-un rus hərbçilərinə qarşı zorakı çağırışlara icazə verməsidir.

- Roqozin bir neçə il "Facebook" səhifəsini özü idarə edib. İndi onun hesabı sosial şəbəkədən yoxa çıxıb, - məqalədə yazılıb.

Xatırladaq ki, bu gün "Reuters" Facebook və İnstagram saytlarında sosial media istifadəçilərinə müvəqqəti olaraq Rusiya hərbçilərinə qarşı zorakılıq çağırışı etməyə icazə verilməsi barədə məlumat yayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Facebook  



Xəbər lenti